Böyükağa Hacıyev: Bakı bir çox komandalara baş ağrısı olacaq
"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Topaz Premyer Liqasının 2-ci turu çərçivəsində "Bakı"ya qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Bakı”nı çempionata buraxılması münasibəti ilə təbrik edirik. “Bakı” bir çox komandalara baş ağrısı olacaq. Avroliqada rəqibimiz olan “Partizan”ın baş məşqçisi oyunumuzu stadiondan izləyirdi. “Partizan” haqqında tam anlayışımız var, onların oyununu izləməyə ehtiyac duymuram. Qələbə qazanacağımıza əmin idik. İlk 3 xalı qazanmaq istəyirdik, buna nail olduq. Böyük hesablı qələbəyə ehtiyacımız yoxdu. Rəqib komandada istək, əzmkarlıq var idi. Nikolas Kanales komandanın düşərgəsinə tam hazır vəziyyətdə gəlib. Kanalesi testdən keçirmişik, onunla bağlı problemimiz yoxdu”.
