Qurban Qurbanov: Fikrimiz Avroliqadadı
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 2-ci turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 0:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Həm mənə, həm də komandama “İnter”ə qarşı oynamaq çətin olur. “İnter”in özünəməxsus oyun üslübu var, daha çox düşünməli oluruq. Heç-heçəni normal nəticə sayıram. Fikrimiz Avropa Liqasındadı, çempionata tam hazırlaşmamışıq. Ağır oyun olmasına baxmayaraq, komanda əlindən gələni etdi. Nəticəni oyuna görə ədalətli sayıram. İlqar Qurbanov qarşıdakı oyunda oynayacaq, Maksim Medvedevin isə zədəsi tam sağalmayıb. Lakin, o, 18-likdə olacaq. Reynaldonun məsələsində son nöqtə qoyulub. Bizimlə müqaviləsi var və komandanın uğurları üçün çalışır”.
