16 avqust 2014 16:15
Alfred Sanko: Sumqayıta qalib gəlmək istəyirik
"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Alfred Sanko Topaz Premyer Liqasının 2-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Sumqayıt"la oyunda qələbə qazanmaq istəyirik. Meydana yalnız üç xal üçün çıxacağıq. Başqa heç bir nəticə bizi qane edə bilməz. AZAL ilə ilk turun oyununda bizim sadəcə, bəxtimiz gətirmədi".
