16 avqust 2014 16:00
Millimiz Bolqarıstana qalib gəldi, üçüncü yer uğrunda oynayacaq
İspaniyanın Torredembarra şəhərində təşkil olunmuş çimərlik futbolu üzrə Avropa Superfinalında Azərbaycan milli komandası bu gün Bolqarıstan yığması ilə qarşılaşıb. Azerisport.az xəbər verir ki, millimiz 7:2 hesabı ilə qələbə qazanıb.
Comərd Baxəliyevin het-trik, Zeynal Zeynalovun dubl etdiyi oyunda hərəyə bir dəfə Orxan Məmmədov və Asif Zeynalov fərqlənib.
Xatırladaq ki, komandamız ilk oyununda Çexiyanı 6:2 hesabıyla məğlub etmiş, ardından Polşaya 1:6 hesabıyla uduzmuşdu.
Bu nəticədən sonra yığmamız qrupunda ikinci olub. Azərbaycan üçüncü yer uğrunda oyunda iştirak edəcək.
