16 avqust 2014 15:00
Yığmamızın azarkeşlər və mətbuat üçün açıq məşqləri olacaq
Xəbər verdiyimiz kimi, avqustun 17-dən 20-dək Bakıda Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, toplanış ərzində mətbuat nümayəndələri və azarkeşlər üçün açıq məşqlər olacaq.
Həmin məşqlərin vaxtını diqqətinizə çatdırırıq:
17 avqust, saat 19:00
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
18 avqust, saat 18:45
“Bakcell Arena”
19 avqust, saat 10:15, saat 18:15
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu (AFFA)
