16 avqust 2014 12:30
Dorinel Muntyanu: Qəbələ ilk qələbəsini qazanmağa borcludu
"Qəbələ"nin baş məşqçisi Dorinel Muntyanu Topaz Premyer Liqasının 2-ci turu çərçivəsində "Araz Naxçıvan"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Uğursuz startın ardından komandamız vəziyyəti yaxşılaşdırmaq fikrindədi. "Araz Naxçıvan" debütantdı. Amma tam iddialı, istəkli komandadı. Rəqibə hörmətlə yanaşırıq. Lakin qələbə qazanmağımız vacibdi".
