16 avqust 2014 12:00
Millinin məşqçiləri 2-ci turun oyunlarında: Foqts Lənkəranı seçdi
Azərbaycan milli komandasının məşqçilər korpusu Topaz Premyer Liqasının ikinci turunda keçiriləcək oyunları izləyəcək. Azerisport.az xəbər verir ki, baş məşqçi Berti Foqts bu gün keçiriləcək "Xəzər Lənkəran" – "Sumqayıt", qapıçılar üzrə məşqçi Ulrix Ştayn "Qarabağ" – "İnter", məşqçi Aslan Kərimov sabah oynanılacaq "Simurq" – AZAL, məşqçi Mahmud Qurbanov isə "Qəbələ" – "Araz Naxçıvan" qarşılaşmalarında stadionda olacaqlar.
