15 avqust 2014 00:50
Marat İzmaylov: Qəbələdəki karyeramı sevinclə xatırlayıram
"Qəbələ"nin sabiq yarımmüdafiəçisi Marat İzmaylov Azərbaycandakı karyerası ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, hazırda "Krasnodar"da çıxış edən futbolçu Rusiya mətbuatına açıqlamasında bunları söyləyib:
"Yuri Syomin məni "Mordoviya"ya da çağırmışdı. Amma mən razılaşmadım. Səbəb kimi çoxlu nüanslar göstərmək olar. Amma əsas səbəb "Mordoviya"nın süni örtüklü meydanda oynamasıdı. Bu isə mənim üçün arzuolunan deyil. "Qəbələ"də Syominlə işbirliyimizin ideal alındığını deyə bilərəm. O, mənə həmişəki kimi, diqqət və hörmətlə yanaşırdı. Karyeramın həmin dönəmini sevinclə xatırlayıram. Çox şadam ki, belə bir futbol və həyat təcrübəsi qazandım".
