15 avqust 2014 00:40

"Qarabağla Simurq bizim vəziyyətimizdən sui-istifadə etdi"

"Bakı"nın baş məşqçisi İbrahim Uzuncanın azerisport.az saytına müsahibəsi

- "Bakı"nın işləri hazırda necədi? Komanda "Neftçi" ilə oyunadək hazır olacaq?
- Bəzi məsələlərin həllini gözləyirik. Hazırda komandanın tam qaydasında olması üçün əlimizdən gələni edirik. Gec toplandıq, tam toplanış keçə bilmədik. Heyətimizdən çoxlu futbolçu getdi. Legionerlərin əksəri, klubun dörd legioneri, aparıcı yerli futbolçularımız indi bizimlə deyil. Buna görə yeni heyət toplamalı olduq. Oynayacağımız dəqiqdi. Amma maliyyə baxımından vəziyyətimizin yaxşılaşması lazımdı. Uşaqlarda da motivasiya olmalıdı.

- Legionerlər məşq edir?
- Cəmi dörd legionerimiz qalıb. Onlar da komanda ilə məşq edirlər.

- "Bakı" bu mövsüm nəyə ümid edir?
- Bu heyətlə nə bacarırırqsa, etməyə çalışacağıq. İlk növbədə Premyer Liqadakı yerimizi qorumalıyıq. Amma mümkün qədər üst pillələrə çıxmağımız da mümkündü. Bizim öz akademiyamız var. Öz yetirmələrimizi yetişdirməyə çalışacağıq.

- Yəqin ki, akademiyada çalışmış bir mütəxəssis kimi bu, oradakı uşaqları tanımaq sizin üçün çətin deyil...
- İndiki heyətdə yalnız legionerləri çıxmaq şərtilə, qalan bütün uşaqlar akademiyamızın yetirmələridi. Kifayət qədər resursumuz var. Bu mövsüm onlar üçün böyük təcrübə olacaq. Şəhriyar Əliyev, Namiq Ələsgərov, Vüqar Mustafayev və Vadim Abdullayev "Qarabağ"la "Simurq"a keçməyə üstünlük verdi. Halbuki, onların da xidmətindən yararlanmaq istəyində idik.

- Amma onları da başa düşmək olar. Altı ay maaş almadan oynamaq kiçik iş deyil. Buna görə də AFFA onlara azad agent statusu və başqa komandaya keçmək icazəsi verib...
- Digərləri də eyni problemi yaşayır. Lakin onlar hazırda heyətdədilər. Bir qədər də dözmək olardı. Mənim şəxsi fikrimdi: AFFA da vəziyyəti başa düşməli, "Bakı"nı dəstəkləməli idi. Digər klubların da anlayış göstərməsi yaxşı olardı. Əgər başqa komanda çətin günlərini yaşayırsa, bu şəkildə onun üstünə getmək lazım deyildi. "Qarabağ"la "Simurq" gözləyə bilərdi. Belə çıxır ki, onlar bizim vəziyyətimizdən sui-istifadə etdilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.