15 avqust 2014 12:15
Bakı bu gün Premyer Liqa üçün aqibətinə aydınlıq gətirəcək
"Bakı" klubu Azərbaycan Premyer Liqasında iştirak etmək üçün lazımi sənədləri Peşəkar Futbol Liqasına təqdim etməyə hazırlaşır. Klubdan azerisport.az saytına verilən məlumata görə, müqavilələr və transfer vərəqələri bu gün PFL-ə təqdim olunacaq.
Qeyd edək ki, əgər klub iş gününün sonuna qədər sənədləri təqdim etməsə, "Bakı" Premyer Liqadan rəsmən kənarlaşdırılacaq.
