15 avqust 2014 11:15

Əsgər Abdullayev: Əsas məqsədimiz Qəbələdə uduzmamaqdı

"Araz Naxçıvan" klubunun baş məşqçisi Əsgər Abdullayev azerisport.az saytına müsahibəsində ilk turdakı "Neftçi" üzərində qələbədən, "Qəbələ" ilə oyunda şanslardan və klublarımızın Avropa Liqasındakı oyunlarından danışıb.

- "Neftçi" üzərində qələbədən sonra səfərdə "Qəbələ" ilə oyuna hazırlıq necə gedir?
- Plan üzrə hazırlıq davam edir. Futbolçularda böyük həvəs var. Premyer Liqada oynamaq asan deyil, lakin böyük məsuliyyət tələb edir. 1 gün əvvəl Qəbələyə yollanacağıq. Gəncədən təyyarə reysiylə birbaşa Qəbələyə gedəcəyik. Bazar günü keçirilən matçda növbəti xalı qazanmaq niyyətindəyik.

- "Qəbələ"nin ilk turdakı böyükhesablı məğlubiyyəti barədə nə söyləmək olar? Hiss olunur rəqib hələ istədiyi oyunu formalaşdırmayıb...
- "Qəbələ" ciddi rəqiblərdən biridi. Məğlubiyyətə baxmayaraq, onlarla hesablaşmamaq düzgün olmazdı. Kifayət qədər güclü heyətə malikdi. Ötən mövsüm inamlı futbol sərgilədilər. İlk turdakı məğlubiyyət faciə deyil. Axı komanda çempionata yeni başlayır. Startda gözlənilməz nəticələr ola bilər. Bununla belə Qəbələ təmsilçisinin gücünü azaltmaq olmaz. Rəqibə hörmətlə yanaşırıq.

- Naxçıvan klubunu heç-heçə razı salacaq?
- Əsas məqsəd Qəbələdən əliboş qayıtmamaqdı. "Neftçi" üzərində qələbədən sonra futbolçularda inam artıb. İstək çoxalıb. Uğurlu oyunlarımı davam etdirmək istərdik. Səfərdə oynamaq hər zaman çətindi. Amma komandama inanıram.

- "Qəbələ"nin ilk oyundakı məğlubiyyəti ikinci tura daha ciddi hazırlaşmağa səbəb olacaq...
- Bir məğlubiyyətə görə komandanın oyununa qiymət vermək olmaz. Kifayət qədər güclü heyətə malik komanda iddialılar sırasındadı. Rəqibin oyununa baxmışam. Qəbələdəki görüşün çətin olacağı hamıya aydındı. Sadəcə, diqqətli olmaq vacibdi. Futbolda istənilən nəticə qeydə alına bilər. Zəif rəqib olmur, zəif hazırlıq olur. Bunu unutmaq olmaz. Biz Qəbələyə hazır yollanacağıq.

- Qəbələdə meydan sahibinin xal itkisi yəqin ki, ikinci senssasiya kimi qəbul olunacaq?
- Biz xal ehtiyatımızı artırmaq istəyirik. Nəticə barədə danışmaq istəmirəm. Əsas xalsız qalmamaqdı. Yaxşı olarkı ki, Qəbələdə növbəti dəfə uğurlu oyun keçirək. Əgər siz belə sürpriz kimi qəbul edəcəksizsə, belə də olsun.

- Bəzi məşqçilərin fikrincə, "Neftçi" üzərində qələbədə rəqibin əsas heyətinin olmaması rol oynadı. Bu sözlərə münasibətiniz necədi?
- Bu barədə çox danışıldı. Artıq münasibət bildirmək istəməzdim. Sadəcə, hər zaman demişəm, "Neftçi" ölkənin ən böyük klublarından biridi. Azərbaycan futbolunun flaqmanıdı. Naxçıvana liderlərsiz gəlmələri oyuna təsir etdi. Amma bu, o demək deyil ki, asan qələbə qazandıq. "Neftçi" kimi komandada zəif futbolçu olmur. O klubun hər bir futbolçusu güclüdü.

- Bir neçə gün sonra Azərbaycan millisi Özbəkistanla yoxlama görüşü keçirəcək. Bu oyunda nəticə vacibdimi?
- Söhbət yoldaşlıq görüşündən gedirsə qeyd etmək lazımdı ki, əsas məqsəd gənclərin sınaqdan keçməsidi. Yoxlama görüşündə hər zaman məşqçinin futbolçuları iş başında görməsi vacib sayılır. Nəticəyə gəldikdə qələbə hər zaman qələbədi. Doğma meydanda oynayırıq və istərdik qalib gələk. Bununla belə yoxlama görüşlərində nəticənin ikinci dərəcəli olduğunu deməliyəm. Futbolçuların meydanda özünü necə göstərməsi və bir-birini anlaması diqqətdə olacaq. Yığmaya ilk dəfə çağırılanlar milliyə lazım olduğunu göstərməlidi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.