15 avqust 2014 19:20
Emin Nuri - Berti Foqtsun yeni tapıntısı
Bu gün yığmamızın yeni heyəti açıqlandı. Azerisport.az xəbər verir ki, Özbəkistanla yoxlama oyununa çağırılan futbolçular arasında bir yeni sima da var.
Azərbaycan futbol ictimaiyyəti üçün tanış olmayan bu oyunçu Emin Nuridi. İsveçin "Kamlar" klubunda çıxış edən oyunçunun 29 yaşı var.
Nuri Bolqarıstanda anadan olub. Amma futbolçu karyerası İsveçlə bağlıdı. O, yeddi mövsüm "Osterse"də çıxış edib. 2008-ci ildən isə "Kalmar"da oynayır.
Emin İsveçin U-21 yığmasında da iki oyun keçirib. Lakin bu, onun millimizdə çıxış etməsinə problem yaratmayacaq.
Qeyd edək ki, Nuri millimizin heyətində Özbəkistana qarşı oyunda debüt edə bilər. Həmin oyun avqustun 20-də keçiriləcək.
