15 avqust 2014 19:10
İsrafilov Mursiyanın qalib gəlməsinə kömək etdi
İspaniyanın "Real Mursiya" klubu yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, yeni mövsümə hazırlaşan komanda "Alkoyano" ilə qarşılaşıb.
"Mursiya" bu oyunda 2:1 hesabıyla qalib gəlib. Bu oyunda azərbaycanlı futbolçu Eddi İsrafilov da çıxış edib. O, meydana start heyətdə çıxıb.
