15 avqust 2014 18:45
AZAL Zaqatalaya sabah yola düşəcək
AZAL Topaz Premyer Liqasının 2-ci turu çərçivəsində “Simurq” ilə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, Zaqatala şəhər stadionunda baş tutacaq görüşə komanda ciddi hazırlaşır.
Gündə 1 dəfə olmaqla Tərlan Əhmədovun rəhbərliyi altında hazırlaşan futbolçular həm taktiki, həm də texniki-taktiki məşqlər edir. Bu gün “təyyarəçilər” Zaqatala səfəri öncəsi Bakıda son məşqini keçib. Səhər məşqində əsasən taktiki hazırlıq üstünlük təşkil edib.
Qeyd edək ki, AZAL sabah səhər Zaqatalaya yola düşəcək. Komanda oyunöncəsi son məşqi də məhz bu şəhərdə edəcək. (klub saytı)
