15 avqust 2014 17:55
"Bakı qeyri-ciddi klubdu"
"Simurq"un hücumçusu Draqan Çeran Topaz Premyer Liqasının 2-ci turu çərçivəsində qarşılaşacaqları AZAL ilə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında bunları söyləyib:
"AZAL-la oyunun hazırlığı davam edir. Yaxşı nəticə qazanmağa çalışacağıq. Biz ilk turda "Bakı" ilə oyunda da meydana çıxıb, mövsümə qələbə ilə başlamaq istəyirdik. Amma rəqibə görə oyun təxirə salındı. "Bakı" qeyri-ciddi klubdu".
