15 avqust 2014 17:40
Partizan futbolçulara borcun bir hissəsini ödədi
"Neftçi"nin Avropa Liqasının pley-off mərhələsindəki rəqibi Serbiya "Partizan"ı futbolçulara olan borcunun bir hissəsini ödəyib. Azerisport.az xəbər verr ki, komanda üzvləri mart və aprel ayının pulunu alıblar.
Klub rəhbərliyi iki ayın pulunu ödədikdən sonra futbolçuların Avroliqa çərçivəsində "Neftçi"yə qarşı sakit hazırlaşacağına inamını ifadə edib. Borcun qalan hissəsinin də bu həftə ərzində ödəniləcəyi bildirilir.
