15 avqust 2014 17:25
Subaşiç oynadı, qol vurmadı
Yeni mövsüm üçün hazırlıqlarını Karatepedə davam etdirən Azərbaycan millisinin sabiq hücumçusu Branimir Subaşiçin şərəfini qoruduğu “Manisaspor” növbəti yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, PTT 1-ci Liqa təmsilçisi eyni çempionatda çıxış edən “Ankaragücü” komandası ilə qarşılaşıb.
Hücümçumuzun start heyətdə çıxdığı matç qolsuz (0:0) bərabərliklə başa çatıb. Subaşiç meydanda 70 dəqiqə mübarizə apardıqdan sonra Məlik Yeğinlə əvəzlənib.
