15 avqust 2014 17:00
Neftçi Serbiyaya oyundan 2 gün öncə gedəcək
"Neftçi"nin Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Serbiya "Partizan"ına qarşı keçirəcəyi ilk oyun öncəsi səfər planı müəyyənləşib. Azerisport.az xəbər verir ki, paytaxt klubu Belqrada avqustun 19-da yola düşəcək.
Səhəri gün yerli vaxtla saat 19:30-da baş məşqçi Böyükağa Hacıyev jurnalistlər üçün mətbuat konfransı keçiriləcək. Bundan yarım saat sonra isə komandamızın oyunun keçiriləcəyi "Partizan" stadionunda son məşqi baş tutacaq.
Xatırladaq ki, "Partizan"la "Neftçi" arasındakı ilk oyun avqustun 21-də keçiriləcək.
