15 avqust 2014 16:45
Partizanı daha bir futbolçu tərk edə bilər
"Neftçi"nin Avropa Liqasının pley-off mərhələsindəki rəqibi olan Serbiya "Partizan"ı daha bir futbolçusu ilə vidalaşa bilər. Azerisport.az xəb ər verir ki, Nikola Drinçiç də Belqrad klubunu tərk etməyə yaxındı.
Belə ki, "Partizan"ın sabiq baş məşqçisi, hazırda İsrailin "Makkabi" (Hayfa) klubunu çalışdıran Aleksandr Stanoyeviç Drinçiçi komandasına aparmaq istəyir. İstisna deyil ki, maliyyə problemlərindən əziyyət çəkən belqradlılar onu da satsınlar.
