15 avqust 2014 16:10

Fariz Nəcəfov: Qəbələ öz hədəfinə çatacaq gücdədi

"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfovun azerisport.az saytına müsahibəsi

- Premyer Liqanın ilk turunda "İnter"ə 4 cavabsız qolla uduzmağınız sizin üçün nə dərəcədə gözlənilməz oldu?
- Belə oynamağımızı, bu hesabla uduzmağımızı təsəvvür etmirdim. Gözlənilməz nəticədi. Oyundan sonra məşqçiylə, futbolçularla söhbətləşdim. Rəhbərlik komandaya inanır. İnanıram ki, qarşıdakı oyunlarda nəticələrimiz ürəkaçan olacaq.

- Bu inam hardandı ki? Qısa vaxt ərzində nə dəyişdi?
- Heç bir dəyişiklik olmayıb. Sadəcə, bu, mövsümün ilk oyunu idi. Komandanı bir oyuna görə mühakimə etmək düzgün deyil. Bizim kifayət qədər güclü heyətimiz var. Komanda qarşıya qoyulan hədəfə çatacaq gücdədi.

- Komandanın Hollandiya toplanışında olmuşduz. "Qəbələ" həmin oyunu sərgilədi?
- Təbii ki, yox. Komandamız toplanış zamanı keçirdiyi oyunlarda daha çox qol vəziyyəti yaradırdı, baxımlı futbol sərgiləyirdi. Elə oyunlardan sonra "İnter"lə matçda gördüklərimi izah etmək çətindi.

- Baş məşqçinizin əvəzedici komandaya göndərdiyi Dodo ilə bağlı nə deyə bilərsiz?
- Dodo bizim üçün çox vacib futbolçudu. Əsas odu ki, o, səhvini başa düşdü. Səbrsizliklə braziliyalı futbolçunun əsas komandaya dönüşünü gözləyirik.

- Bunu klubun vitse-prezidenti deyir?
- Komandanı baş məşqçi idarə edir. Dorinel Muntyanu Dodonu cəzalandırmaq qərarına gəlib, geri də o qaytara bilər. Rəhbərlik baş məşqçinin istənilən qərarına hörmətlə yanaşır. Gözləyəcəyik. Ola bilər ki, elə ikinci turdan sonra komandaya qaytarılsın.

- Avropa Liqasında "Şiroki Briyeq"ə uduzduğunuz ev oyunu zamanı azarkeşlər sizi istefaya səsləyirdi. Bunu necə qarşıladız?
- Əgər azarkeşlər nəticələrdən narazıdısa, subyektiv olaraq kimisə günahkar bilirlərsə, buna normal yanaşmaq lazımdı. Hər kəsin öz fikri var. Əgər mənim günahkar olduğumu düşünürlərsə, bu, onların haqqıdı.

- Adətən klub prezidenti və baş məşqçi istefaya çağırılar. Sizin istefanızı istəmələri nə ilə bağlıdı?
- Prezidenti klubu idarə etmir, təşkilati məsələlərlə məhz mən məşğul oluram. Əgər 5-6 azarkeş məni istefaya səsləyirsə, buna normal qarşılayıram. Amma biz əlimizdən gələni edirik ki, komanda daha da yaxşı çıxış etsin.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.