15 avqust 2014 15:35
Azərbaycan Portuqaliya və İsraillə harada qarşılaşacaq?
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının AÇ-2015-in seçmə mərhələsi çərçivəsində İsrail və Portuqaliyaya qarşı oyunlarının keçirilmə yeri müəyyənləşib. Azerisport.az xəbər verir ki, 8-ci qrup çərçivəsində İsrailə qarşı oyun sentyabrın 3-də keçiriləcək.
Bakıdakı "Dalğa Arena"da baş tutacaq görüş yerli vaxtla saat 19:00-da start götürəcək.
Seçmə mərhələdəki son oyunumuz isə sentyabrın 8-də Portuqaliyaya qarşı olacaq. Həmin oyun Rui-Mayordakı "Munisipial" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
