15 avqust 2014 15:25
Sumqayıtın prezidenti: Heç bir mükafatdan söhbət gedə bilməz
"Sumqayıt"ın prezidenti Kamran Quliyev Topaz Premyer Liqasının 2-ci turu çərçivəsində qarşılaşacaqları "Xəzər Lənkəran" ilə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Futbolçularımıza "Qarabağ"la oyuna görə mükafat? Heç bir mükafatdan söhbət gedə bilməz. Çünki biz sadəcə, rəqib komandanın limiti pozmasına görə "Qarabağ"a verilmiş texniki məğlubiyyət sayəsində 3 xal qazandıq. Yəni qələbəni meydanda qazanmamışıq. Şübhəsiz ki, yenidən texniki qələbəyə ümid etmirik. Ancaq özümüzə güvənməliyik. Komandamdan Lənkəranda da müsbət nəticə gözləyirəm".
