15 avqust 2014 13:10
Neftçi Bakı ilə oyuna bir itki ilə çıxacaq
Azərbaycan Kubokunun qalibi "Neftçi" Topaz Premyer Liqasının 2-ci turu çərçivəsində qarşılaşacağı "Bakı" ilə oyuna hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, paytaxt klubunun heyətində zədəli futbolçu yoxdu.
Komandanın heyətindəki yeganə itki Elvin Yunuszadə ilə bağlıdı. 4 oyunluq cəzası olan müdafiəçi derbidə iştirak edə bilməyəcək.
Qeyd edək ki, Elvin bu cəza ilə ötən mövsümün son turunda aldığı qırmızı vərəqəyə görə üzləşib.
