14 avqust 2014 00:40
Ümit Davala Azərbaycan klubunu çalışdıra bilər
Futbol üzrə Türkiyə yığmasının sabiq üzvü Ümid Davala Azərbaycandan təklif alıb. Azerisport.az xəbər verir ki, Fatih Terimin "Qalatasaray" klubundakı köməkçisi olmuş gənc mütəxəssis uzun müddətdi Azərbaycan klublarından biri ilə danışıq aparır.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, Davalanı Topaz Premyer Liqasında çıxış edən klublardan biri öz sükanı arxasında görmək istəyir. Amma konkret ad çəkilmir.
