14 avqust 2014 12:15
"Partizanın indiki durumu heç də xoşagələn deyil"
Serbiyanın "Partizan" klubunun vitse-prezidenti Ratomir Babiç bəyan edib ki, paytaxt təmsilçisi Avropa Liqasının pley-off mərhələsinin oyunları ərəfəsində daha bir neçə oyunçusu ilə yollarını ayıra bilər. Azerisport.az xəbər verir ki, ciddi maliyyə problemləri ilə üz-üzə qalan Belqrad klubunun rəsmisi son durumu belə dəyərləndirib:
"Yeni mövsümün startı ərəfəsində biz bu qədər oyunçumuzun komandanı tərk edəcəyini planlaşdırmamışdıq. Hazırkı vəziyyət qətiyyən xoşuma gəlmir. Bazar ertəsi klubun növbədənkənar iclasını keçirmək və orada bir sıra vacib məsələləri qaldırmaq istəyirəm".
Qeyd edək ki, "Partizan" Avroliqanın pley-off mərhələsi çərçivəsində "Neftçi"nin rəqibidi.
