14 avqust 2014 11:43
Şəhriyar Əliyev: Mən elə Qarabağın yetirməsiyəm
"Qarabağ"ın yeni transferi Şəhriyar Əliyev Ağdam klubuna keçidi ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, "Bakı"nın sabiq müdafiəçisi klub saytına açıqlamasında bunları söyləyib:
"Təbii ki, "Bakı" öz istəyini bildirə bilər. Amma burda başqa məsələ var. Mən "Bakı" Futbol Klubunun akademiyasının yetirməsi deyiləm. 17 yaşıma kimi məhz "Qarabağ"da oynamışam. Daha sonra isə "Bakı"ya keçmişəm. Akademiyanın yetirməsi sayılmaq üçün gərək ora gedəndə yaşım 17-dən az olardı. Yəni mən elə "Qarabağ"ın yetirməsiyəm. 17 yaşımda "Bakı"nın əvəzedici heyətinə keçmişəm və burada 2 il oynadıqdan sonra əsas komandaya götürüblər. Başqalarını bilmirəm, amma mənimlə olan məsələ bu cürdü".
