14 avqust 2014 11:01
Azərbaycan - Özbəkistan: Biletlər satışa çıxarıldı
Avqustun 20-də "Bakcell Arena"da Azərbaycan və Özbəkistan milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun biletləri satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, biletləri "Bakcell Arena"nın kassalarında əldə etmək mümkündü.
Saat 21:00-da başlayacaq qarşılamanın biletlərinin qiyməti 2, 4 və 20 AZN-di.
