2-ci turun hakimləri bəlli oldu
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 2-ci turun təyinatları açıqlanıb. Azerisport.az xəbər verir ki, növbəti turun oyunları avqustun 15-16-da keçiriləcək.
2-ci turun bütün təyinatları ilə aşağıda tanış ola bilərsiz:
Əvəzedicilərin çempionatı
2-ci tur
15 avqust (cümə)
Xəzər Lənkəran - Sumqayıt
Hakimlər: Ramiz Məhərrəmov, Kamran Bayramov, Cavanşir Yusifov, Qorxmaz Eldarov.
Hakim-inspektor: Vahid Hüseynov.
Lənkəran. “Xəzər Lənkəran” mərkəzi stadionu, ehtiyat meydança, 18:00
Qarabağ - İnter
Hakimlər: İnqilab Məmmədov, Vüqar Bayramov, Vüsal Qənbərov, Nahid Xasıyev.
Hakim-inspektor: Azad Mütəllimov.
Bakı. “Dalğa Arena”, 18:00.
Neftçi - Bakı
Hakimlər: Fərid Məmmədov, Habil Əliyev, Ruslan Babayev, Emil Müsadiq.
Hakim-inspektor: Rəhman Tağıyev.
Bakı. “Bayıl Arena”, 18:00.
16 avqust (şənbə)
Simurq - AZAL
Hakimlər: Ramil Əhmədov, Aleksandr Musatkin, Eyyub İbrahimov, Xəlil Xəlilov.
Hakim-inspektor: Rufulla Kərimov.
Zaqatala şəhər stadionu, 17:00
Qəbələ - Araz Naxçıvan
Hakimlər: Elgün Hüseynov, Samir Ələsov, Müslüm Əliyev, Rəşad Əhmədov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
Qəbələ şəhər stadionu, ehtiyat meydança, 18:00
