14 avqust 2014 17:55
Bolqarlar millimizin oyununa "casus" göndərir
AÇ-2016-nın seçmə mərhələsində millimizlə eyni qrupda mübarizə aparacaq Bolqarıstan yığmasının baş məşqçisinin köməkçisi Radoslav Zdravkov Azərbaycan və Özbəkistan komandaları arasında keçiriləcək beynəlxalq yoldaşlıq oyununu izləmək üçün Bakıya gələcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Xatırladaq ki, Azərbaycan - Özbəkistan qarşılaşması avqustun 20-də, saat 21:00-da, "Bakcell Arena"da keçiriləcək.
