14 avqust 2014 17:35
Reynaldo: Zalsburq və Levante hazırda məni maraqlandırmır
"Qarabağ"ın braziliyalı yarımmüdafiəçisi Reynaldo İspaniyanın "Levante" və Avstriyanın "Zalsburq" klublarının onunla maraqlanmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İndi mən sizə "Zalsburq" və "Levante" haqda nə deyə bilərəm ki? Transfer işlərimlə özüm məşğul olmuram. Yaxşı olardı ki, bu suallara "Qarabağ" rəhbərliyi cavab versin. Hazırda bu məsələ məni o qədər də maraqlandırmır. "İnter"lə oyuna hazırlaşıram".
