14 avqust 2014 16:50
Stamenkoviç Qarabağa uğur arzuladı
"Neftçi"nin qapıçısı Saşa Stamenkoviç Azərbaycan çempionu "Qarabağ"a Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Hollandiya "Tvente"si ilə oyunlarında uğurlar arzulayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ"a uğurlar arzulamaq istərdim. "Zalsburq"la oyunlar göstərdi ki, azarkeş amili güclü qüvvədi. Onlar Ağdam klubunu Hollandiya təmsilçisi ilə oyunda da yaxşı dəstəkləməlidilər. "Qarabağ" bu rəqibini keçəcək gücdədi".
