14 avqust 2014 16:00
Əsgər Abdullayev: Tvente və Partizanın gücünü şişirtməyin əleyhinəyəm
"Araz Naxçıvan" klubunun baş məşqçisi Əsgər Abdullayev Azərbaycan klublarının Avropa Liqasının pley-off mərhələsində keçirəcəkləri "Tvente" və "Partizan"la oyunları barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hər iki rəqiblə oynamaq olar. Mən çox istərdim ki, həm "Qarabağ", həm də "Neftçi" Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazansın. Buna nail olmaq mümkündü. Sözsüz ki, rəqiblərimiz güclüdü. Amma məğlubedilməz deyil. Rəqiblərimizin şişirtməyin əleyhinəyəm. Onların gücünü şişirtmək lazım deyil. Yaxşı hazırlaşıb, pley-offda lazımi nəticəni qazanmaq olar. Hər iki komandanın heyəti uğurlu nəticə gözləməyə imkan verir. Onlara uğur arzulayıram".
