14 avqust 2014 14:55
Azərbaycan Çexiyanı darmadağın etdi
İspaniyada çimərlik futbolu üzrə Superfinal start götürüb. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması ilk oyununda Çexiya ilə qarşılaşıb.
Millimiz rəqibini 6:2 hesabıyla darmadağın edib (0:1, 2:1, 4:0). Komandamızın qollarını Asif Zeynalov (2), Amid Nəzərov, Hikmət Bağırov, Orxan Məmmədov və Sabir Allahquliyev vurub.
