14 avqust 2014 14:30
Rusiya - Azərbaycan matçının başlama saatı açıqlandı
Sentyabrın 3-də Moskva şəhərində Rusiya və Azərbaycan milli komandaları arasında keçiriləcək beynəlxalq yoldaşlıq oyununun başlanma vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, "Ximki Arena"da keçiriləcək Rusiya - Azərbaycan qarşılaşması yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 20:00) başlayacaq. (AFFA)
