14 avqust 2014 14:00
Tahir Süleymanov: Kanalesi artıq Neftçinin futbolçusu hesab etmək olar
"Neftçi" rəsmisi Tahir Süleymanov Nikolas Kanalesin artıq "Neftçi"nin futbolçusu olduğunu bəyan edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Müqavilənin detalları artıq razılaşdırılıb. Kanalesi "Neftçi"nin futbolçusu saymaq olar. Onunla 1+1 şərti ilə müqavilə bağlayacağıq. Onu Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Serbiya "Partizan"ı ilə oyunlara da sifariş edəcəyik".
