14 avqust 2014 13:30
UEFA Qarabağ - Tvente matçını almanlara tapşırdı
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" - "Tvente" oyununa təyinatlar açıqlanıb. Azerisport.az xəbər verir ki, Ağdam klubunun Hollandiya təmsilçisi ilə avqustun 21-də baş tutacaq ilk qarşılaşmasını almaniyalı hakimlər briqdası idarə edəcəklər.
Baş hakim Manuel Qrafe təyin olunub. Onun köməkçiləri Holger Henşel və Kristian Gittelmann olacaq. 4-cü hakim funksiyasını isə Quido Vinkmann yerinə yetirəcək.
UEFA nümayəndəsi Gürcüstandan olan Dmitri Bokeriya, hakim-inspektor isə Danimarkadan Yorrn Vest Larsendi.
