Azərbaycan mövqeyini qorudu
Millimiz FİFA-nın reytinq cədvəlində tarixinin ən yüksək göstəricisini qoruyub. Azerisport.az xəbər verir ki, avqust ayı üçün açıqlanan reytinq cədvəlində millimiz yenə 73-cü pillədə qərarlaşıb. Komandamızın hesabında 413 reytinq xalı var.
Yığmamızın qonşuları 72-ci pillədə qərarlaşmış Bolqarıstan və 74-cü olan Kabo Verdedi.
Millimiz reytinq cədvəlində AÇ-2016-nn təsnifat mərhələsinin “H” qrupunda rəqiblərimizdən yalnız Maltanı qabaqlayır: İtaliya 14-cü (1069 xal), Xorvatiya 16-cı (964 xal), Norveç 53-cü (5120 xal), Bolqarıstan 72-ci (429 xal), Malta 150-ci (143 xal) pillədə qərarlaşıb.
Keçmiş Sovet İttifaqı ölkələrindən reytinq cədvəlində ən yüksək pilləni Ukrayna tutur: 22-ci pillə, 901 xal. Rusiya 23-cü (899 xal) pillədə qərarlaşıb. Ermənistan 36-cı (648 xal), avqustun 21-də Bakıda millimizin qonağı olacaq Özbəkistan 51-ci (528 xal) sırada yer alıb və millimizi qabaqlayırlar. Belarus (88-ci yer, 363 xal), Estoniya (93; 344), Gürcüstan (95; 341), Moldova (99; 325), Latviya (100; 324), Litva (101; 306), Tacikistan (126; 227), Qazaxıstan (131; 213), Türkmənistan (137; 197) və Qırğızıstan (144; 176) isə millimizdən alt sıralarda qərarlaşıb.
Türkiyə 711 xalla 32-cidi.
İlk onluq isə belə sıralanıb:
Almaniya (1736 xal), Argentina (1604), Hollandiya (1507), Kolumbiya (1495), Belçika (1407), Uruqvay (1316), Braziliya (1241), İspaniya (1241), İsveçrə (1218), Fransa (1212).
