14 avqust 2014 12:55
Azərbaycan yığmasının üzvü Samsunspora keçir
"Bakı"nın yarımmüdafiəçisi Yusub Hakimov karyerasını Türkiyədə davam etdirə bilər. Azerisport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, "Bakı"ya məxsus çeçen əsilli futbolçumuz hazırda "Samsunspor" klubunun düşərgəsində baxışdadı. Əgər məşqçilər korpusu onu bəyənsə, futbolçumuz bu klubla müqavilə bağlayacaq.
Qeyd edək ki, Hakimov eyni zamanda Azərbaycanın U-19 yığmasının üzvüdü.
