Qasımov: Azərbaycanla oyun üçün heyəti müəyyənləşdirməmişəm
Futbol üzrə Özbəkistan millisinin baş məşqçisi Mircəlal Qasımov Azərbaycanla keçirəcəkləri hazırlıq matçı ilə bağlı açıqlama verib. Azerisport.az xəbər verir ki, mütəxəsiss yığmamızla oyun barədə bu sözləri deyib:
“Bu 23 həfərlik heyəti yığmaq üçün futbolçuları diqqətlə izləmişəm. Həmin futbolçulardan 20-ni yoldaşlıq oyununda iştirak etmək üçün Bakıya aparacağam. Avqustun 18-də Azərbaycana getməzdən əvvəl Daşkəntdə 2 günlük toplanışımız olacaq. Bu oyun üçün hələlik, yekun heyəti müəyyənləşdirməmişəm. Çünki avqustun 15-də yüksək liqada növbəti turun oyunları keçiriləcək. Futbolda isə xəsarət almaq çox asandı. Əlbəttə, ümid edirik ki, bu baş verməyəcək və bütün oyunçular yaxşı formada olacaq”.
Qeyd edək ki, Azərbaycan – Özbəkistan qarşılaşması avqustun 20-də “Bakcell Arena”da keçiriləcək və Bakı vaxtilə saat 21:00-da start götürəcək.
