13 avqust 2014 12:35
Asif Əsgərov: Qarabağ hər şeyi qanun çərçivəsində edib
"Qarabağ"ın meneceri Asif Əsgərov "Bakı"nın iki futbolçusu - Şəhriyar Əliyevlə Namiq Ələsgərovu transfer etdikləri üçün qarşı tərəfin narazılıq etməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu futbolçular komandamıza azad agent statusu ilə keçiblər. Onların əlində buna dair sənədləri vardı. Biz də PFL-ə məhz həmin sənədlər əsasında müraciət etdik. Nəticədə də PFL həmin oyunçuların "Qarabağ"da çıxış etməsi üçün lisenziya verdi. Biz hər şeyi qanun çərçivəsində etmişik. Kompensasiya məsələsinə gəlincə, bu, artıq növbəti prosesdi".
