Kanales Neftçi ilə məşq etdi, nömrə seçdi, danışdı
Çilili futbolçu Nikolas Kanales artıq ötən gündən “Neftçi” ilə məşqlərə başlayıb. Azerisport.az xəbər verir ki, köhnə-yeni komandasının təlim-məşq bazasında baş tutmuş məşqdən öncə hücumçu komanda yoldaşları ilə görüşüb.
Qeyd edək ki, Nikolas Kanales “Neftçi”də 11 nömrəli formanı geyinəcək.
Daha sonra “Neftçi”nin hücumçusu klubun rəsmi saytına açıqlama verib: “Neftçi” mənim üçün doğma klubdu. Burada özümü yeni hesab etmirəm. Karyeramın ən uğurlu dövrünü burada keçirmişəm. “Neftçi”nin heyətində Avropa Liqasının qrup mərhələsində oynamışam. Çempionatda da ən məhsuldar oyunçu olmuşam. Məqsədim odu ki, Avropadakı nailiyyətimizi yenidən təkrarlayaq. Komandanın heyəti də buna imkan verir. “Neftçi”də kifayət qədər güclü futbolçular cəmləşib və inanıram ki, birlikdə biz qarşıya qoyulan vəzifənin öhdəsindən gələcəyik.
“Neftçi” azarkeşini çox sevirəm və bilirəm ki, onlar da mənim üçün darıxıb. Çalışacağam ki, vuracağım qollarla onları yenə də sevindirim”.
