13 avqust 2014 19:30
Millimiz Türkiyəyə də məğlub oldu
17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Estoniyanın paytaxtı Tallinndə təşkil olunmuş UEFA-nın inkişaf mini-turnirində bu gün növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, Türkiyə yığması ilə qarşılaşan komandamız 0:2 hesabı ilə məğlub olub.
Xatırladaq ki, millimiz ötən gün keçirdiyi ilk matçda da Farer adaları yığmasına 0:1 hesabı ilə məğlub olmuşdu.
