İbrahim Uzunca: Neftçiyə qarşı layiqli oynamalıyıq
"Bakı"nın baş məşqçisi İbrahim Uzunca Topaz Premyer Liqasının 2-ci turunda qarşılaşacaqları "Neftçi" ilə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında türkiyəli mütəxəssis bunları söyləyib:
"Bakı"nın futbolçuları bu oyunda layiqli çıxış etməli və öz bacarıqlarını göstərməlidilər. Bizim üçün əsas problem yaradan məqam dörd yetirməmizin hazırda komandada olmamasıdı. "Qarabağ"a keçən Şəhriyar Əliyev, Namiq Ələsgərov, eləcə də "Simurq"la anlaşan Vüqar Mustafayev və Vadim Abdullayev bu yay keçirdiyimiz toplanış, yoxlama oyunları zamanı sıralarımızda idi. Amma indi onlarsız oynamalı olacağıq".
Qeyd edək ki, paytaxt derbisinə ciddi hazırlaşan "zolaqlılar"ın bu gün baş tutan məşqində həm əsas, həm də əvəzedici komandanın üzvləri iştirak ediblər. Hazırda komandanın düşərgəsində yalnız dörd legioner qalıb. Bunlar Georgios Pelageas, Risto Ristoviç, Lukas Mario Horvat və Yure Travnerdi.
