13 avqust 2014 18:15
Neftçinin rəqibi məşqə çıxmaqdan imtina etdi
"Neftçi"nin Avropa Liqasının pley-off mərhələsindəki rəqibi - Serbiya "Partizan"ının düşərgəsində ciddi problemlər hökm sürməkdədi. Azerisport.az xəbər verir ki, komanda üzvləri xeyli müddətdi maaş ala bilməmələrindən narazıdılar.
Onlar hətta məşqə çıxmaqdan da imtina ediblər. Klub rəhbərliyi hazırda yaranmış problemi aradan qaldırmağa çalışırlar.
