13 avqust 2014 16:25
Qurbanov: Reynaldoya çox ciddi təkliflər var
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov etiraf edib ki, komandasının aparıcı üzvü Reynaldoya Avropanın bir sıra klublarından ciddi təkliflər var. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Reynaldoya Avropanın müxtəlif klublarının maraq göstərməsi normaldı. Ciddi təkliflər oldu. Amma nə qədər ciddi təkliflər olsa da, klub rəhbərliyi çətin ki, onu buraxsın. Braziliyalı futbolçu əsas heyətin aparıcı üzvlərindən biridi. Onunla müqaviləmiz var. Heç bir problemimiz yoxdu. Həm də Reynaldo özü də karyerasını "Qarabağ"da davam etdirməkdə maraqlıdı".
