13 avqust 2014 16:05
Qurban Qurbanov: Bununla bağlı Neftçiyə müraciət etmək istəyirik
Azərbaycan çempionu "Qarabağ" Topaz Premyer Liqasının 2-ci turu çərçivəsində qarşılaşacağı "İnter"i Tofiq Bəhramov adına Respublika stadionunda qəbul etmək istəmir. Azerisport.az xəbər verir ki, bu arenanın Avropa Liqasının pley-off mərhələsi çərçivəsində qarşılaşacağı Hollandiya "Tvente"si ilə ev oyununa tam hazır vəziyyət olmasını istəyən Ağdam klubu çempionat görüşünü başqa arenada keçirməkdə maraqlıdı.
Bu barədə baş məşqçi Qurban Qurbanov saytımıza açıqlamasında bəyan edib: "Hələ düşünürük. "Neftçi" rəhbərliyinə müraciət etmək istiyirik ki, İsmət Qayıbov adına stadionunda oynamağımıza şəarit yaratsın. Amma oranın da hazırkı durumuna baxmaq lazımdı. Əgər hər şey yaxşı olsa, "İnter"i orada qəbul edəcəyik".
