13 avqust 2014 15:35
Partizan Neftçi ilə matç öncəsi itki ilə üzləşdi
Serbiyanın "Partizan" klubu Avropa Liqasının pley-off mərhələsi çərçivəsində qarşılaşacağı "Neftçi" ilə oyun öncəsi itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin 26 yaşlı futbolçusu Voislav Stankoviç komandanı tərk edib.
O, İtaliyanın "Latsio" klubuna keçib. Bu isə onun "Neftçi" ilə oyunlarda bu komandaya kömək edə bilməyəcəyi anlamına gəlir.
