13 avqust 2014 14:20
Rumın futbolçu Simurqdan gedişinin səbəbini açıqladı
"Simurq"un sabiq futbolçusu Raul Kostin Zaqatala klubundan gedişinin səbəbini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Rumıniya mətbuatına açıqlamasında bunları söyləyib:
"Zaqatalanı Bakı şəhərindən altı saatlıq yol ayırır. Biz klubun bazasında yaşayırdıq. Prinsipcə, bütün mövsümü məşq bazasında keçirdik. Müqaviləmdə ailəmin ora gəlməsi ilə bağlı bənddə problem vardı. Mənim iki əkiz oğlum var və mən onlarsız, ailəmdən uzaqda yaşaya bilmirdim".
