13 avqust 2014 13:55
Xəzər Lənkəranın sabiq qapıçısı Finlandiya klubunda
“Xəzər Lənkəran”ın sabiq qapıçısı Toni Doblas özünə yeni komanda tapıb. Azerisport.az xəbər verir ki, 30 yaşlı qolkiper Finlandiya təmsilçisi HİK-lə anlaşıb.
Doblas Helsinki klubu ilə 1 illik müqavilə bağlayıb. Anlaşmanın detallarına görə yüksək liqa təmsilçisi ondan razı qalsa, mövsüm sonu daha 1 illik müqavilə bağlaya bilər.
Qeyd edək ki, ispaniyalı qapıçı 2013-cü ilin yanvarında “Xəzər Lənkəran” klubu ilə il yarımlıq müqavilə imzalamışdı. Ancaq 6 ay keçməmiş “Makkabi” (Hayfa) ilə 0:8 hesablı məğlubiyyətdən sonra komandadan qovulmuşdu.
