13 avqust 2014 13:00
Land of Fire Azerbaijan ilə daha bir qələbə
İngiltərə Liqa Kubokunda 1-ci mərhələnin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı biznesmen Hafiz Məmmədovun sahibi olduğu "Şeffild Uensdey" bu mərhələdə "Notts Kaunti" ilə qarşılaşıb.
Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsiylə başa çatıb.
Qeyd edək ki, bu, formalarında "Land of Fire Azerbaijan" reklamını daşıyan "Şeffild Uensdey"in yeni mövsümdə ikinci qələbəsidi. Bundan öncə sözügedən komanda Çempionşipdə "Brayton"a 1:0 hesabıyla qalib gəlmişdi.
